Uzmanlıq tezisi · 2017
Çiyin subakromial sıxışma sindromunda mobilizasiya tətbiqinin effektivliyinin araşdırılması
Omuz subakromiyal sıkışma sendromunda mobilizasyon uygulamasının etkinliğinin araştırılması
Fiziki tibb və reabilitasiya
Uzm. Dr. Samir Cəlilov fiziki tibb və reabilitasiya üzrə uzman həkim-fizioterapevtdir. Bakıda, Badamdar qəsəbəsindəki Avropa Beynəlxalq Hospitalda xəstə qəbul edir. Azərbaycan Tibb Universitetini bitirib, uzmanlıq təhsilini İstanbulda, Sağlık Bilimleri Üniversitesinin İstanbul Eğitim ve Araştırma Hastanesində alıb.
Bel və boyun ağrıları, oynaq xəstəlikləri, skolioz, insultdan sonrakı dövr və uşaqlarda hərəkət inkişafı problemləri ilə gələn xəstələri müayinə edir. Lazım olduqda ultrasəs nəzarətində inyeksiyaları özü icra edir, reabilitasiya proqramını qurur və gedişini izləyir.
Xidmətlərlə tanış olun
Uzmanlıq: İstanbul, 2017
Avropa Beynəlxalq Hospital
Bədən xəritəsi
Bədən xəritəsində nahiyəni seçin və həmin nahiyə ilə bağlı xəstəliklərə, müalicə üsullarına keçin.
Bədən xəritəsində nahiyəni seçin və ya aşağıdakı hallardan birinə keçin.
İnsult və digər nevroloji xəstəliklərdən sonra itirilmiş hərəkət funksiyalarının bərpası.
Əzələ spazmı, uzun müddət başı önə əyərək işləmək və disk yırtığı boyun ağrısının əsas səbəblərindəndir.
Qolu qaldıranda və gecə həmin çiyin üstə yatanda ağrı, hərəkət məhdudluğu.
Təkrarlanan qol və bilək hərəkətləri, sinir sıxılması və zədələr.
Bel ağrısı, disk yırtığı, onurğa əyrilikləri və sümük sıxlığının azalması.
Bud-çanaq oynağının aşınması və budun yan tərəfində ağrılar.
Diz artrozu, menisk və bağ zədələri.
Dabanda ağrı, ayaq tağının yastılaşması, ayaqlarda yanma, keyimə və şişkinlik.
Hərəkət inkişafında gecikmə, əzələ tonusunun pozulması və duruş problemləri.
Kimlər müraciət edir
Ən çox bel-boyun və oynaq ağrıları, onurğa əyrilikləri, əməliyyat və zədədən sonrakı bərpa, həmçinin insult və digər nevroloji xəstəliklərdən sonra hərəkət məhdudluğu ilə müraciət edirlər. Uşaqlarda motor inkişafın gecikməsi və serebral iflicə bağlı əzələ sərtliyi də əsas iş sahələrindəndir.
Ağrının mənbəyi müayinə ilə aydınlaşdırılır: disk, fəqərələrarası oynaqlar, əzələlər, yoxsa sinir kökünün sıxılması. Müalicədə məşq, fizioterapiya, manual terapiya və lazım olduqda inyeksiyalar birləşdirilir.
Bel yırtığı haqqındaDiz artrozu, donmuş çiyin (adheziv kapsulit), subakromial sıxışma sindromu və bursitlərdə məşq proqramı və fizioterapiya aparılır. Kəskin ağrı məşqə mane olduqda oynaqdaxili və ya oynaqətrafı inyeksiya edilir.
İnyeksiya müalicələriUşaq və yeniyetmələrdə əyriliyin növünə, dərəcəsinə və böyümə dövrünə görə üçmüstəvili məşq proqramı tərtib olunur. Korset lazım olanda ortez mərkəzi ilə birgə izlənilir.
Skolioz reabilitasiyasıReabilitasiyaya xəstəxana mərhələsində başlanır. Spastiklik (əzələ sərtliyi) idarə olunur, yeriş və tarazlıq üzərində işlənilir.
Nevroloji reabilitasiyaSerebral iflic, motor inkişaf geriliyi, doğuş zamanı bazu kələfinin zədələnməsi, tortikolis və yeriş pozğunluqları.
Uşaq reabilitasiyasıEndoprotez, artroskopik əməliyyat, bağ və vətər təmiri, sınıq və idman zədələrindən sonra mərhələli reabilitasiya.
Ortopedik reabilitasiyaİlk qəbul
İlk qəbulda məqsəd ağrının və ya hərəkət məhdudluğunun səbəbini tapmaqdır. Samir Cəlilov şikayətin tarixçəsini soruşur, klinik müayinə aparır, gətirdiyiniz görüntüləri dəyərləndirir və müalicə planını sizinlə birlikdə müzakirə edir.
Ağrının nə vaxt və necə başladığı, gecə ağrısının olub-olmaması, keçirilmiş travma və əməliyyatlar, qəbul etdiyiniz dərmanlar soruşulur.
Oynaqların hərəkət həcmi, əzələ gücü, reflekslər və hissiyyat, qamət və yeriş yoxlanılır. Lazım olduqda əzələ və oynaqlara ultrasəs müayinəsi edilir.
Diaqnoz və ya ehtimal olunan səbəblər izah olunur. Əlavə müayinəyə (MRT, rentgen, EMQ, qan analizləri) və ya başqa mütəxəssisin rəyinə ehtiyac olub-olmadığı deyilir.
Hansı üsulun nə üçün seçildiyi, təxmini müddət, evdə ediləcək məşqlər və nəzarət qəbulunun vaxtı razılaşdırılır.
Müalicə prinsipləri
Müalicə səbəbə yönəlir. İnyeksiya və fiziki müalicə üsulları ağrını azaltmaq üçün, məşq proqramı isə funksiyanı bərpa etmək və problemin təkrarlanmasının qarşısını almaq üçün seçilir.
Ağrının mənbəyi aydınlaşdırılmadan inyeksiyaya və ya aparat müalicəsinə başlanmır.
Kəskin ağrı azaldıqdan sonra əsas yeri fizioterapiya və fərdi məşq proqramı tutur.
Manual terapiya, fizioterapiya və inyeksiyalar bir-birini tamamlayır, xəstə bütöv qiymətləndirilir.
Ortoped-travmatoloq, nevroloq, neyrocərrah və fizioterapistlərlə birgə işlənilir.
Təhsil
Samir Cəlilov 2013–2017-ci illərdə İstanbulda, Sağlık Bilimleri Üniversitesinin İstanbul Eğitim ve Araştırma Hastanesində Fiziki Tibb və Reabilitasiya kafedrasında uzmanlıq təhsili alıb. 2017-ci ildə çiyin subakromial sıxışma sindromunda oynaq mobilizasiyasının effektivliyinə həsr olunmuş uzmanlıq tezisini müdafiə edib. Tezis Türkiyənin Milli Tezis Mərkəzində (YÖK) 452388 nömrəsi ilə qeydiyyatdadır.
Uzmanlıq tezisi · 2017
Omuz subakromiyal sıkışma sendromunda mobilizasyon uygulamasının etkinliğinin araştırılması
Maarifləndirmə
Samir Cəlilov MTV Azərbaycanın «Sənin Seçimin», ATV-nin «Həkimsən», Kanal S-in «Həkimcanlı» və Səhiyyə TV-nin «Sağlam Səhhət» verilişlərində qonaq olub. Bu verilişlərdə oynaq ağrılarından, bel yırtığından, insultdan sonrakı reabilitasiyadan və osteoporozdan danışıb. YouTube kanalında tibbi podkast aparır.
MTV Azərbaycan
«Sənin Seçimin»
Oynaq ağrıları, bud-çanaq oynağı ağrıları, süni oynaqlar, bel və diz ağrıları, osteoporoz
2025
ATV
«Həkimsən»
İnsult xəstəliyi və reabilitasiyası
Kanal S
«Həkimcanlı»
Fizioterapiyanın hansı üstünlükləri var?
21.02.2024
Səhiyyə TV
«Sağlam Səhhət»
Fəqərəarası disk yırtığı nə vaxt əməliyyat olunur?
Tibbin müxtəlif sahələri, xəstəliklər, müasir müalicə yanaşmaları və sağlam həyat tərzi haqqında söhbətlər.
Qısa cavablar
Xeyr. Təhlükəli əlamətlər yoxdursa, kəskin bel ağrısının çoxunda dərhal MRT tələb olunmur. Güc itkisi, sidik ifrazının pozulması və ya uzun sürən ağrı olduqda həkim müayinə qərarını verir.
İnyeksiya çox vaxt ağrını və iltihabı azaldır, amma problemin səbəbini təkbaşına aradan qaldırmır. Ağrı azaldıqdan sonra məşq proqramı və gündəlik vərdişlərin düzəldilməsi əsas yeri tutur.
Çiyinlərin səviyyəsi fərqlidirsə, kürək sümüklərindən biri çıxıq görünürsə, bel xəttində asimmetriya varsa və ya uşaq önə əyiləndə kürəyin bir tərəfi qabarırsa, müayinəni təxirə salmayın. Böyümə dövründə əyrilik sürətlə arta bilər.
Əlaqə
Samir Cəlilov Avropa Beynəlxalq Hospitalda 09:00–16:00 arası qəbul edir. Qəbul vaxtını əvvəlcədən telefonla razılaşdırmağınız tövsiyə olunur.