Avropa Beynəlxalq Hospital · Badamdar, Mikayıl Müşfiq küçəsi 2A Qəbul: 09:00–16:00

Çiyin ağrısı: subakromial sıxışma sindromu nədir və necə müalicə olunur?

Subakromial sıxışma sindromu çiyin ağrısının ən çox rast gəlinən səbəblərindən biridir. Qol yana və yuxarı qaldırılarkən çiyin vətərləri və bursa sümük qövsü altında sıxılır. Qolu qaldıranda və gecə həmin tərəfə uzananda ağrı tipikdir. Müalicənin əsasını məşqlər, oynaq mobilizasiyası və lazım olduqda inyeksiya təşkil edir.

Niyə yaranır?

  • Qolu çiyin səviyyəsindən yuxarı qaldıraraq təkrarlanan işlər: rəngləmə, rəfə əşya qoymaq, bəzi idman növləri
  • Rotator manşet əzələlərinin zəifliyi və kürək sümüyünün düzgün hərəkət etməməsi
  • Önə əyilmiş çiyinlər və döş nahiyəsində artmış əyilmə ilə gedən duruş
  • Yaşla vətərlərdə baş verən dəyişikliklər

Əlamətlər

  • Qolu yana qaldıranda müəyyən bucaqda ağrı
  • Əli arxaya, bel nahiyəsinə aparmaqda çətinlik
  • Gecə həmin çiyin üstə yatanda ağrı
  • Zamanla çiyində zəiflik hissi

Müayinə

Diaqnoz klinik testlərlə qoyulur. Ultrasəs müayinəsi vətərləri və bursanı hərəkət zamanı göstərir. Vətərdə yırtıq və ya oynaqda digər zədə şübhəsi olduqda MRT təyin olunur.

Müalicə

  1. Yükün tənzimlənməsi. Ağrını artıran hərəkətlər müvəqqəti azaldılır. Qolu tam hərəkətsiz saxlamaq tövsiyə olunmur, çünki bu, çiyinin sərtləşməsinə səbəb ola bilər.
  2. Məşqlər. Rotator manşet və kürək sümüyünü sabitləşdirən əzələlərin gücləndirilməsi, duruş məşqləri. Bu, müalicənin əsas hissəsidir.
  3. Oynaq mobilizasiyası. Samir Cəlilovun 2017-ci ildə müdafiə etdiyi uzmanlıq tezisi məhz bu mövzuya həsr olunub. Tədqiqatda yalnız ev məşqləri edən xəstələr ev məşqlərinə çiyin oynağının mobilizasiyası əlavə olunan xəstələrlə müqayisə edilib. Tezisin nəticəsində mobilizasiya əlavə olunan qrupda ağrı, hərəkət həcmi, gündəlik fəaliyyət və güc göstəricilərində üstünlük qeyd olunub.
  4. Fizioterapiya. Ağrını azaltmaq üçün köməkçi üsul kimi.
  5. İnyeksiya. Ağrı məşqə imkan vermirsə, ultrasəs nəzarətində subakromial nahiyəyə kortikosteroid inyeksiyası edilə bilər. İnyeksiyadan sonra məşq proqramı davam etdirilir.
  6. Cərrahi məsləhət. Vətərdə tam yırtıq olduqda və ya konservativ müalicə uzun müddət nəticə vermədikdə ortoped-travmatoloqun rəyi lazımdır. Artroskopik təmirdən sonra mərhələli reabilitasiya aparılır.

Nə vaxt gecikmədən həkimə getməli?

  • Yıxılmadan və ya zərbədən sonra qolu qaldıra bilmirsinizsə
  • Çiyində zəiflik artırsa
  • Ağrı qızdırma ilə müşayiət olunursa
  • Ağrı boyundan qola yayılır, barmaqlarda keyimə varsa. Səbəb boyunda ola bilər

Gündəlik həyatda çiyni necə qorumaq olar?

  • Uzun müddət qolu baş səviyyəsindən yuxarıda işləməkdən çəkinin, fasilələr verin
  • Məşq zalında isinmədən ağır çəkilərə keçməyin, texnikaya diqqət edin
  • Duruşa diqqət edin: çiyinləri bir az arxaya və aşağı saxlayın

Əsas fikirlər

  • Subakromial sıxışma sindromu çiyin ağrısının ən tez-tez rast gəlinən səbəblərindəndir.
  • Əsas müalicə məşqlərdir. Mobilizasiya və inyeksiya məşqi asanlaşdırır.
  • Travmadan sonra qolu qaldıra bilməmək və artan zəiflik gözləmədən müayinə tələb edir.

Mövzu ilə bağlı

Qəbula yazılın
Samir CəlilovUzm. Dr. · Fizioterapevt

Avropa Beynəlxalq Hospital, Badamdar · Qəbul: 09:00–16:00

Tez-tez axtarılanlar

Qəbula yazılmaq

Göndər düyməsini basdıqda mesajınız Avropa Beynəlxalq Hospitalın WhatsApp xəttində hazır mətn kimi açılır. Mesajı siz göndərirsiniz, sayt məlumatlarınızı saxlamır.

Zəng etməyi üstün tutursunuzsa:

Uzm. Dr. Samir Cəlilov

Samir Cəlilov

Uzm. Dr. · Həkim-fizioterapevt
Fiziki tibb və reabilitasiya üzrə uzman həkim

  • Avropa Beynəlxalq Hospital
  • Bakı, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2A
  • Qəbul saatları: 09:00–16:00